Sizin reklam burada
Sizin reklam burada
  • Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qıpçaq kəndində səyyar qəbul keçirib

    Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Qıpçaq kəndində sakinlərlə görüşüb.

    "Atributinfo.az" xəbər verir ki, görüşdə Aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
    RİH başçısı əvvəlcə Qıpçaq kənd qəbiristanlığında şəhidlərimizin məzarlarını ziyarət edib, sonra isə şəhid ailəsi ilə görüşərək onların müraciətini dinləyib.
    Kənd sakinləri ilə görüşdə rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev
    respublikamızda aparılan sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəldilməsi sahəsində görülən işlərdən, dövlət-vətəndaş münasibətlərinin yüksələn xətlə inkişafından danışaraq, uğurlu siyasət nəticəsində ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərdən söz açıb.

    Görüşdə eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması və bu xidmətin əlçatan və üstünlükləri barədə vətəndaşlara məlumat verilərək, onlara https://rih.gov.az/ platformasından istifadə etmək tövsiyə olunmuşdur.
    Səyyar görüşdə sakinlər tərəfindən Qıpçaq kəndində inşa olunmuş uşaq bağçasına yeni ştat vahidlərinin verilməsi, əlavə arteziyan quyusunun qazılması, kənddaxili yolların təmir olunması və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib.

    Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənildikdən sonra aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib.

    Bəradər Səməndərli,
    Zahir Məmmədov
    "Atributinfo.az"







    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ