Sizin reklam burada
Sizin reklam burada
  • BDU-da “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir keçirilib

    “Konstitusiya və Suverenlik İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin birgə təşkilatçılığı ilə “Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar” mövzusunda tədbir keçirilib.

    "Atributindo.az" xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri, millət vəkili Şahin İsmayılov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Samir Vəliyev, Mahir Süleymanlı, Geologiya fakültəsinin dekanı Mamoy Mansurov, YAP Yasamal rayon “Z.Xəlilov küç.33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi üzvü, Geologiya fakültəsinin tədris işləri üzrə dekan müavini İlqar Quliyev, Geologiya fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak edib.

    Bəradər Səməndərli
    "Atributinfo.az"




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ