Bunu Türkiyənin Gənclər və İdman Nazirliyinin gənclər və idman üzrə mütəxəssisi Halil İbrahim Yaylacı deyib.
Azərbaycan və Türkiyənin Gənclər və İdman nazirliklərinin birgə həyata keçirdiyi proqram və layihələrdən bəhs edən Yaylacı əməkdaşlıq çərçivəsində Türkiyə və Azərbaycan gənclərinin əlaqə yaratdıqlarını və "Bir millət, iki dövlət" şüarı altında münasibətlərin daha da dərinləşdiyini qeyd edib. "Eyni proqramları Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində də həyata keçirə bilərik. Müxtəlif sahələrdə təcrübəmizi təşkilata, digər üzv ölkələrə ötürə bilərik. TDT-nin gənclər forumu var. Forumda üzv ölkələrin QHT-ləri təmsil olunur. Onların vasitəsilə biz gəncləri bir araya gətirə və sammitlər, təqdimatlar, panellər və bu yaxınlarda Bakıda keçirilən D-8 ölkələrinin Gənclər Dialoqu kimi digər tədbirlər təşkil edə bilərik. Bunlar informasiya fəaliyyəti olduğu üçün şəbəkə yaratmaq mümkün olacaq. TDT-nin gənclər forumunu bu mənada inkişaf etdirmək lazımdır".
