Sizin reklam burada
Sizin reklam burada
  • TƏBRİK EDİRƏM!

    Haçansa, hansısa xanıma "o, kişi kimi qadındı" demək heç də kişilərə hörmətsizlik gətirmir, sadəcə xitab etdiyin xanımda mükəmməllik, bütövlük, ağzının kəsərində, danışıq və davranışında möhkəmlik cəsarət, dosta sədaqət və digər bu kimi keyfiyyətlər gördükdə istər-istəməz həmin insana qarşı bu ifadə yaranır, ünvanlanır.
    Azərbaycanın dilbər guşələrindən olan Zaqatalada doğulub boya-başa çatan gözəllər-gözəli, istəkli dostum Hicran xanım sözün əsl mənasında kişi kimi qadındır. Bizim onunla dostluğumuzun təməli Mərdəkandakı "Günəşli" sanatoriyasında qoyulub. Olduqca pozitiv xarakterli, şən əhval-ruhiyyəli, xainlikdən, xəbislikdən kənar, gözü-könlü yox, geniş qəlbli, açıq ürəkli alicənab bir xanımdır Hicran xanım. Onu tanımağıma gerçəkdən çox məmnunam.
    Bu gün bu gözəl Hicran xanımın dünyaya vəsiqə aldığı ömrünün əlamətdar tarixi günüdür.
    Hicran xanım, sizi ürəkdən təbrik edirəm. Yeni yaşınız xeyirli-düsərli və mübarək olsun! Neçə-necə doğum günlərinizi bundan da təravətli, pozitiv əhvala keçirəsiz
    Sizə mənalı, səmərəli uzun ömür, möhkəm can sağlığı arzulayıram!
    .
    Təbəssüm günəş olub,
    Üzünüzə saçılsın.
    Qoy qəlbimiz həmişə
    Çiçək kimi açılsın.

    Yeri gəlsə, həyatda
    Həm yumşaq, həm sərtsiniz.
    Qadın kimi gözəlsiz,
    Kişi kimi mərdsiniz.

    Təmiz adla, zəhmətlə,
    Bu yerə yüksəlmisiz.
    Bu gün mövludunuzdu,
    Dünyaya xoş gəlmisiz!

    Dərin hörmətlə:
    Bəradər Səməndərli
    "Atributinfo.az" saytının baş redaktoru

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ