Sizin reklam burada
Sizin reklam burada
  • 9 May – Faşizm üzərində qələbə günüdür

    Şimali Osetiya Alaniya Respublikasında “Azərbaycanlılar Konqresi” nin Mərkəzi ofisində Konqresin sədri Murtaza Gülməmmədovun və diospora üzvülərinn iştirakı ilə 9 May – Faşizm üzərində qələbə günüdür adlı tədbir keçirildi.

    Tədbiri giriş sözü ilə Şimali Osetiya Respublikası “Azərbaycanlılar Konqresi”nin sədri Murtaza Gülməmmədov açaraq İkinci Dünya müharibəsi haqqında qısa məlumat verərək, Azərbaycanlıların bu müharibədəki yeri və rolu barədə danışdı:
    1939-cu il sentyabrın 1-də Faşist Almaniyası ildırımsürətli "Barbarossa" planı əsasında Polşanı işğal edib. Bununla da bəşəriyyət tarixinə ən qanlı müharibə kimi daxil olan İkinci Dünya müharibəsi başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası Azərbaycanın da daxil olduğu SSRİ-yə hücum edib. Müharibə 1945-ci il mayın 9-da - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi və SSRİ-nin bayrağının sancılması ilə başa çatıb.

    Bu müharibədə Azərbaycandan 660 min şəxs iştirak edib. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər mübarizə yolu keçib, 130-a yaxın azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfər "Şərəf" ordeni, 170 min soydaşımız SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

    İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Hüseynbala Əliyev, Qafur Məmmədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çoxunun adı bu müharibənin tarixinə qızıl hərflərlə yazılıb.

    İkinci Dünya müharibəsində Azərbaycan nefti də həlledici amillərdən olub. Belə ki, 1941-ci ildə Azərbaycan tarixində ən çox - 23,5 milyon ton neft istehsal olunub və bu, SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Ümumilikdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər.
    Bir də ki, 1939-45-ci illərdə baş vermiş ikinci dünya müharibəsi zamanında Azərbaycanda ancaq azərbaycanlılardan yaradılmış 7 diviziyadan 3-ü Şimalı Osetiyanın müxtəlif cəbhələrinə dislokasiya olundu. Bu müharibədə qəhrəmancalına döyüşərək həlak olmuş həmvətənlərimizin xatirəsini əbədiləşdirmək üçün 3 abidə ucaldılıb. 1996-cı ildə Rossveta kəndində. İkinci abidə 2013-cü ildə Mazdok rayonun, Vesyolıy qəsəbəsində 223-cü diviziyanın şərəfinə. 2025-ci il may ayının 9-da Böyük Vətən müharibəsinin 80 illiyi qeyd ediləcək. Şimali Osetiya Respublikasının rəhbərliyi ilə aparılan yazışmalardan və danışıqlardan sonra Aleya Slava parkında yeni bir abidənin ucaldılmasına razılıq almışıq. Əsas məqsədimiz Alman faşizminə qarşı qəhrəmancasına döyüşərək həlak olmuş 40776 nəfər həmvətənlilərimizin xatirəsini layiqli şəkildə əbədiləşdirməkdir.

    Faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kimi qeyd olunur.

    Elçin Şükür,
    kordinator





    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ