VII çağırış Milli Məclisin deputatı Mahir Süleymanlı seçiciləri qarşısında verdiyi vədə əməl edərək mütəmadi şəkildə vətəndaşlarla görüşlər keçirir, hər kəsi ayrı ayrilıqda qəbul edir, daim onların yanında olur, narahatlıq doğuran bu və digər məsələlərin həllinə maksimum səy göstərir. Belə ənənəvi görüşlərdən biri də bu gün-aprelin 9-da Şabran rayonunun Düzbilici kəndində düzənləndi.
"Atributinfo.az" xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətləri deputat tərəfindən diqqətlə dinlənildi. Yerində həlli mümkün olan məsələlər operativ şəkildə aradan qaldırıldı, digər müraciətlər isə müvafiq qurumlara yönləndirilməsi və nəzarətdə saxlanılması məqsədilə qeydə alındı.