Sizin reklam burada
Sizin reklam burada
  • Füzuli su anbarı nə vaxt istifadəyə veriləcək?

    Artıq işğal altında olan torpaqlarımızı mənfur düşmən ermənilərdən təmizlənməsində 5 ilə yaxın vaxt keçir. Bildiyiniz kimi, həmin su anbarı Sovetlər Birliyi zamanı kənd təsərrüfatının, üzümçülüyün inkişaf etdirmək üçün torpaq sahələrinin suvarması üçün nəzərdə tutulmuşdur.
    Su tutumuna görə regionda ən böyük su anbarlarından biri kimi tanınır. Çox yaxşıdır ki, torpaqlarımız işğaldan azad edildikdən sonra sürətlə quruculuq-bərpa işlərinə başlanıldı. Yeni qəsəbələr, yeni yollar çəkilməyə, qurulmağa başladı. Bu işin yaxşı bir tərəfidir. Lakin münbit və zəngin olan Qarabağ torpaqlarından səmərəli istifadə olunmur.
    Vaxtilə 100 min tona yaxın üzüm istehsal edən Füzuli rayonunun torpaqlarından səmərəli istifadə olunmur. Bildiyiniz kimi, torpaqdan, əkin sahəsindən yüksək məhsuldarlıq almaq üçün su tələb olunur. Hazırda həmin suyu, su anbarına yığıb qarşısını kəsmişlər. Halbuki həmin suya əkin altında olan torpaqlarımızın ehtiyacı var. Vaxtilə Merdinli arxı deyilən arxdan əkin sahələrini suvarmaq üçün istifadə edilirdi.
    Demək olar ki, həmin torpaq sahələri bir neçə kəndin ərazisindən keçirdi və onları təmin edirdi. Füzuli rayonuna yolu düşən hər bir kəs düşüb bu gölə tamaşa edir, və şəkil çəkdirir. Halbulki, bu qədər dövlət vəsaiti xərclənməyib ki, burada ancaq vətəndaşlar şəkil çəkdirsin.

    Qiyam Ərşadoğlu
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ