Milli Məclisin deputatı
Gəncə şəhər İcra hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının və Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə Gəncə şəhər Filarmoniyasının binasında keçirilən möhtəşəm konfransın əsas qayəsi və məqsədi uzun illərdir doğma yurdlarının həsrəti ilə yaşayan soydaşlarımızın bir araya gələrək tarixi torpaqlarımıza qayıdış inkanlarının və yollarının müzakirə edilməsi idi.
Tədbirdə çıxış edən
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurasının üzvü, Milli Məclisin komitə sədri Musa Urud, Qərbi Azərbaycan
İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu,
YAP Gəncə Təşkilatının sədri, icmanın Gənclər Şurasının üzvü, Bayram Aslanov, icmanın Gəncə şəhəri üzrə nümayəndəsi Mübariz Yusifov, Gəncə şəhərində yaşayan Qərbi Azərbaycan kökənli gənclərin nümayəndəsi Sevinc İsgəndərova öz məruzələrində Qərbi Azərbaycana qayıdış məsələsinin tarixi ədalətin bərpası və xalqımızın ümummili məsələsi olduğunu vurğuladılar.
Konfrans iştirakçıları bir daha bu qənaəti bölüşdülər ki, İrəvana, Göyçəyə, Zəngəzura, bütün tarixi torpaqlarımıza gedən yollar güclü Azərbaycan dövlətindən başlayır və milli birliyimizdən keçir.
