Sizin reklam burada
Sizin reklam burada
  • Deputat şəhid ailəsi və Vətən müharibəsi iştirakçılarını qəbul edib

    Milli Məclisin deputatı Məşhur Məmmədov Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının inzibati binasında seçicilərlə növbəti görüş-qəbul keçirib.
    "Atributinfo.az" xəbər verir ki, qəbulda 16 seçici iştirak edirdi. Onlardan bir nəfəri şəhid ailəsi, iki nəfəri isə Vətən müharibəsi iştirakçısı idi. Vətəndaşların istəklərinin daha operativ həllini tapması üçün qəbulda Yeni Azərbaycan Partiyasının Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadıyev iştirak edirdilər.
    Bəzi seçicilərin istəkləri yerində həllini tapdı, digər məsələlər deputat səlahiyyətləri çərçivəsində aidiyyəti üzrə yönləndirildi. Görüşlər davam edir.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ