"Atributinfo.az" xəbər verir ki, tədbir zamanı ilk öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev iştirakçıları salamladıqdan sonra giriş nitqi ilə çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranma tarixindən və fəaliyyəti dövründə üzərinə götürdüyü missiyanı şərəflə yerinə yetirdiyindən danışıb, partiyamızın qurucusu və ilk sədri olmuş Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən məharətlə davam etdirildiyini diqqətə çatdıraraq, ölkədə aparılan quruculuq işlərindən, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən, Tatarıstan Resublikasının Kazan şəhərində keçirilən XVI BRİCS Sammitində ölkəmizin təmsil olunmasının vacibliyindən və Azərbaycanın ev sahibliyi etdiyi COP29-un mahiyyətindən söhbət açmışdır. Vüqar İsayev Vətən müharibəsində əldə olunan tarixi Zəfərimizdə də Yeni Azərbaycan Partiyasının mühüm rolu olduğunu qeyd edərək Qalib Liderimiz cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizi yeni-yeni qələbələr gözlədiyini bildirmişdir.
Partiya fəallarından Alı Məhərrəmov, Əfsanə Əmiraslanova və digərləri çıxış edərək Partiyanın fəaliyyəti dövründə əldə etdiyi qələbələrdən, dünya çapında özünəməxsus yerə malik olmasından və gələcək inkişaf perspektivlərindən danışmışlar.
Sonra təşkilatı məsələyə baxılaraq, Cəfərov Anar Vilaməd oğlu ərazi partiya təşkilatının sədri, İsgəndərov Ramin Qurban oğlu sədr müavini seçilmişlər.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev yeni seçilən şəxsləri təbrik edib, qarşıda duran mühüm vəzifələrlə bağlı dəyərli tövsiyələr verərək, fəaliyyətlərində uğurlar arzulayıb. Ərazi Partiya təşkilatına seçilmiş sədr və sədr müavini onlara göstərilən yüksək etimada görə minnətdarlıqlarını bildirərək, üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərini bildiriblər.
Bəradər
"Atributinfo.az"
