Sizin reklam burada
Sizin reklam burada
  • İclasımız qarşılıqlı hörmət və anlaşma şəraitində keçdi

    Bu gün İnsan hüquqları komitəsinin iclasında payız sessiyasının iş planı müzakirə edildi. Bununla bağlı "atributuna.az"a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib:
    "Üç məsələ barədə fikirlərimi böıüşdüm:
    Birinci, şikayətçilərlə və şikayət məktubları ilə konkret nəticələrə söykənən işin aparılması və o şikayət və məktubların dövriyyədən çıxarılması, yəni vətəndaşlarda məmuniyyətin yaradılması üçün yeni üsullardan istifadə edilməsi;
    İkinci, şikayətçilər, şikayət məktubları, o cümlədən deputatlara və komitəyə daxil olan məktublarla bağlı məktub sahiblərinin iştirakı ilə dövlət orqanları ilə bərabər görüşlərin keçirilməsi və bəzi təkrar şikayətlərə birdəfəlik nöqtə qoyulması;
    Üçüncü, ölkə daxilində söyüş və təhqirlərlə bağlı aidiyyatı dövlət qurumları ilə görüşlər keçirib təcrübə və təkliflərin paylaşılması; bu sahədə nəticəyə nail olmaq üçün də konkret təkliflər var.
    İclasımız qarşılıqlı hörmət və anlaşma şəraitində keçdi.

    Bəradər
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ