Sizin reklam burada
Sizin reklam burada
  • Nazirliyin kollektivi Bakıda Zəfər parkında olub

    27 Sentyabr - Anım günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Bakıda Zəfər parkında olub.
    Parkın girişində xatirə daşının önünə gül dəstələri düzülərək qürur mənbəyimiz olan qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb.
    Bu gün xalqımız ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir.
    Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ