Sözügedən İnstitutdan "atributinfo.az"a verilən məlumata görə əvvəlcə Vətən mücahidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ETİ-nin direktoru, professor İbrahim Cəfərov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ADAU ictimai fənlər kafedrasının dosenti Samirə Qasımova, institutun əməkdaşlarından Jalə Hüseynzadə, Xəyalə Abbasova çıxış edərək ölkəmizin tarixi qələbələrindən, ərazilərimizdə suverenliyimizin tam bərpasından, möhtəşəm zəfərimizdən bəhs etdilər və bütün bunları bizlərə bəxş edən cəmi Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə cansağlığı dilədilər.
Bəradər Səməndərli
"Atributinfo.az"
