Ənənəvi olaraq əvvəlcə Vətən torpaqları uğrunda savaşda canını qurban verən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə yaşanan səmimiyyət, doğmalıq, namizədə sevgi-məhəbbət, alovlu çıxışlar məntiqi mənada Tənzilə xanımın qarşıdakı səsvermə günündə uğurlu qələbəsindən açıq-aşkar xəbər verirdi. Bütun bunlara öz çıxışında qarışılıq verən Tənzilə xanım Rüstəmxanlı deputat seçilərsə, nəinki Neftçalanın və neftçalalıların, ümumilikdə bütöv Azərbaycanın deputatı olaraq millətimizə, xalqımıza, dövlətimizə nümunəvi xidmət edəcəyi barədə sədaqət andını içdi.Tədbirin sonunda hər kəs namizədlə xatirə şəkli çəkdirdi.
Uğurlar, qələbələr hörmətli Tənzilə xanım Rüstəmxanlı!
Bəradər Səməndərli
"Atributinfo.az"
