Sizin reklam burada
Sizin reklam burada
  • Deputatlığa namizəd Məşhur Məmmədovun seçicilərlə görüşləri davam edir

    Sentyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı Yeni Azərbaycan Pariyasının namizədi kimi Məşhur Məmmədovun seçicilərlə təbliğat xarakterli görüşləri davam edir.
    "Atributinfo.az"ın aldığı məlumata görə növbəti görüş Masallının Birinci Səmədxanlı kənd istirahət mərkəzinin həyətində Birinci Səmədxanlı, Alışanlı, Ətcələr, İkinci Səmədxanlı kəndlərinin seçiciləri ilə keçirildi.
    Görüş iştirakçıları seçki platforması ilə tanış edilərək, YAP-ın bu dəfə də qələbə qazanacağı əminliklə onların diqqətinə çatdırılıb.
    Seçicilərlə səmimi ortamda keçən görüşdə, həmçinin onları seçkilərdə fəal olmağa səsləndirən M.Məmmədov
    ölkəmizin zəngin seçki təcrübəsi olduğunu, seçki praktikasının təkmilləşdirilməsi məqsədilə bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb.
    Görüşlərdə çıxış edən seçicilər öz növbəsində fürsətdən istifadə edib xalqın milli qürurunu özünə qaytaran, 30 ildən artıq işğal altında qalan torpaqları uzaqgörən siyasəti və yaratdığı güclü ordu ilə işğaldan azad edən Müzəffər Ali Baş Komandan, ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkür ünvanlayaraq növbədənkənar keçirillən parlament seçkilərində məmnuniyyətlə YAP-ın namizədini dəstəkləyəcəklərini bildirdilər.

    Bəradər Səməndərli
    "Atributinfo.az"


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ