Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi
Sosial
25-04-2024, 10:07
192
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verilir. Məlumata görə, əlavə təyin edilən qatarlar aprelin 27-də saat 09:15-də Bakıdan- Ağstafaya, aprelin 28-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.