Əvvəlcə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu.
Görüşdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, həmkarım Anar İsgəndərov və təşviqat qrupunun üzvləri çıxış etdilər.
Çıxışlarda qeyd olundu ki, Prezident İlham Əliyevin fəaliyyətə başladığı ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti ona xalq arasında böyük rəğbət, sonsuz inam qazandırıb."
Bunu "atributinfo.az"a açıqlamasında Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. O, vurğulayıb ki, məhz buna görə xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçib.
"Natiqlər seçiciləri fevralın 7-də mütəşəkkil şəkildə seçki məntəqələrinə gələrək qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüşlərdə çıxış edən seçicilər bildirdilər ki, qarşıdan gələn prezident seçkilərində haqq-ədalətə, suveren Azərbaycanın xoş-firavan gələcəyinə, cənab İlham Əliyevə səs verəcəklər."- Deputat deyib.
Bəradər Səməndərli
"Atributinfo.az"
