Ötən gün,19 oktyabr 2026-cı il tarixində Şəhidlər xiyabanında şəhidimiz Əliyev Təbrizin, Qax rayonunun Ağçay kəndində isə şəhid Məmmədli Seymurun əziz xatirəsi ehtiramla yad olunub.
"Atributinfo.az" xəbər verir ki, Əliyev Təbriz Tofiq oğlu 20.08.2001-ci ildə Qax rayonunda anadan olmuşdur. Qax şəhər 3 nömrəli tam orta məktəbinin 9-cu sinfini bitirdikdən təhsilini Qax Peşə Liseyində davam etdirmişdir. 2019-cu ilin noyabrında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” ,"İgidliyə görə", “Suqovuşanın azad olunmasına görə” medalları və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 iyun 2026-cı il tarixli sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. 19.10.2020-ci il tarixdə Qax şəhər Şəhidlər xiyabanında dəfn olunmuşdur.
Məmmədli Seymur Hacırəsul oğlu 19.10.1996-ci ildə Qax rayonunun Ağçay kəndində anadan olmuşdur. 2011-ci ildə Ağçay kənd məktəbinin 9-cu sinfini bitirmişdir. 2017-ci ildə Qax Peşə Liseyini bitirmişdir. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsində Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" orden, “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə” ,"Cəsur döyüşçü" və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 19.10.2020-ci il tarixində Qax rayonunun Ağçay kəndində dəfn olunmuşdur. Allah şəhidlərimizə rəhmət eləsin.
"Atributinfo.az"
