Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə Biləsuvar-Bəhrəmtəpə yolunda qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü xəsarət alıb.
O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sərnişin, 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
