Sizin reklam burada
Sizin reklam burada
  • TƏBRİK EDİRİK!

    Bu gün Azərbaycan gəncliyinin layiqli simalarından biri - Əli Əliyevin dünyaya gəldiyi gündür. 

    Ömrünün əlamətdar çağında və yaşının yeni təqvimində onu atası Anar müəllim başda olmaqla, bütün doğmaları, yaxınları səmimi qəlbdən təbrik edir,  yeni yaşının uğurlu, düşərli olması naminə, möhkəm can sağlığı, parlaq sabahlar arzulayırlar.

    Təbrikə "Atributinfo.az" saytının və "Atribut" qəzetinin yaradıcı kollektivi adından baş redaktor Bəradər Səməndərli də qoşulur, Əli bəyi doğum günü münasibətilə ürəkdən təbrik edir, yeni-yeni hədəflərə doğru bərəkətli və mənalı ömür, yüksək nailiyyətlər arzulayır! 


    Bu gün sənin günündür,

    Dünyaya xoş gəlmisən.

    Addım-addım ucalıb,

    Zirvəyə yüksəlmisən.


    Zirvələr silsilədir,

    Elə bilmə son budur.

    Gəncliyin qaynar çağı,

    Ömrün qızıl fondudur.


    Qoy, açılsın qəlbində ,

    Arzular çiçək-çiçək.

    Bu gün sənin günündür,

    Doğum günün mübarək!


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ