Sizin reklam burada
Sizin reklam burada
  • Sabah 10 dərəcə şaxta olacaq - HAVA PROQNOZU

    Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.
    Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.
    Havanın temperaturu gecə 4-6° isti, gündüz 7-10° isti olacaq.
    Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
    Azərbaycanın rayonlarında
    Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
    Havanın temperaturu gecə 1-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ