
Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Səfərov Oktay Əhməd oğlunun 3-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib.
"Atributinfo.az" xəbər verir ki, anım mərasimi şəhidimizin dəfn olunduğu Saatlı rayonun Qaralar kəndində baş tutub.
Şəhidimizin il dönümündə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov, RİH məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhid ailələri iştirak edib.
Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra mərasim iştirakçıları tərəfindən şəhid Səfərov Oktay Əhməd oğlunun məzarı önünə tər gül dəstəsi qoyulub, şəhidlərimizin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Vətən müharibəsi şəhidi Oktay Səfərovun məzarı önündə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə olan diqqət və qayğısının bu gün hər birimiz üçün örnək, nümunə olduğunu diqqətə çatdıraraq bu kateqoriyadan olan insanlara göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini bildirmişdir.
Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyevin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması məqsədilə imzaladığı fərman və sərəncamlardan məmnunluq ifadə edib, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Mərasimdə şəhidimizin əziz xatirəsini yad edərək onun valideynlərinə və yaxınlarına ehtiramını bildirən Elmir Bağırov vurğuladı ki, şəhidliyiylə tarix yazanlar tarixdə əbədiyyən qalır. Azərbaycan xalqının igid oğulları Zəfər
naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Oktay qardaşımızın timsalında onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir. Bu ən ülvi hiss şəhidlərimizdə vətəninə olan sevgisindən, mənsub olduğu xalqa sədaqətindən, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanırdı. Dövlətimiz və xalqımız ana Vətənimizin yolunda canını qurban verənləri həmişə qəlbində yaşadır, onları şərəf və qeyrət simvolu kimi dəyərləndirir və gənc nəslə nümunə kimi təqdim edir.
Vətənin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canını qurban verən bütün şəhidlər bizim əzizlərimiz – qardaşlarımız, övladlarımızdır. Azərbaycan xalqı var olduqca onları heç bir zaman unutmayacaq, daim böyük ehtiram və fəxarət hissilə yad edəcəklər.
Oktay Səfərov 1993-cü il mayın 15-də Saatlı rayonunun Qaralar kəndində anadan olub.
Ailənin sevimlisi olub, mehriban xasiyyətli, zəhmətkeş bir insan olub. Bacılarını xüsusilə daima diqqətdə saxlayıb, valideynlərinə həmişə hörmətlə yanaşıb. Orta məktəbi 2010-cu ildə bitirdikdən sonra ali məktəbə daxil olmaq istəsədə tələb olunan balı toplaya bilməyib. 2011-ci ildə hərbi xidmətə gedib, H.Əliyev adına Ali Hərbi Akademiyanın nəzdindəki hərbi hissədə atıcı kimi xidmət edib. Hərbi xidmətini 2013-cü ildə başa vurduqdan sonra Bakı şəhərində müxtəlif tikinti şirkətlərində çalışıb. 2016-cı ildən 2019-cu ilin dekabr ayınadək Türkiyə Respublikasında yaşayıb. Qayıtdıqdan sonra Saatlıda yaşayıb və təlimlərə cəlb edilib və sentyabr ayının 27-dən etibarən Vətən müharibəsi zamanı döyüşlərə qatılıb. Füzulinin ,Zəngilanın və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib, xüsusi şücaət göstərib, xeyli düşmən qüvvəsini məhv edib və qəhrəmancasına şəhadətə qovuşub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Oktay Əhməd oğlu Səfərov ölümündən sonra "Vətən uğrunda" medalı, "Xocavəndin azad olmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Bəradər Səməndərli
"Atributinfo.az"


