"Atributinfo.az" xəbər verir ki, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev görüş iştirakçılarına yarışmanın əsas məqsədinin Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında gənclərin bilik səviyyəsinin artırılması, Yeni Azərbaycan Partiyasının gənc fəallarının bitərəf gənclərlə şəbəkələşməsinin dərinləşdirilməsi, innovasiya yönümlü potensiallarının aşkarlanması, komanda ruhunda işləmək bacarıqlarının təşviqi olduğu barədə məlumat vermişdir.
YAP gənclərinə komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparmaları, gələcəyin çağırışlarına öz töhfələrini vermələri tövsiyə olunmuş, yarışmanın nəticəsinə görə öz bilik və bacarıqları ilə seçilən komandaların Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və YAP Gənclər Birliyi tərəfindən müvafiq diplomlar, medallar, xatirə hədiyyələri və qalib komandanın isə əlavə olaraq kubokla təltif olunacağı qeyd olunmuşdur.
Orxan Bəradəroğlu
"Atributinfo.az"
