Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Vətən müharibəsi şəhidləri Lerik şəhərində mayor Ağayev Ramil Mərdan oğlunun, Çayrud kəndində əsgər Həmidli Cavanşir Namiq oğlunun və Amburdə kəndində əsgər Babazadə Babazeynal Maqsud oğlunun şəhadətə qovuşmasının üçüncü ildönümü ilə əlaqədar məzarlarınə ziyarət edib, əziz xatirələri ehtiramla yad edib. Eyni zamanda, Amburdərə kəndində torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan Abdullayev Gülməmməd Şıxməmməd oğlunun məzarı ziyarət edərəj, əziz xatirəsi ehtiramla yad edib. "Atributinfo.az" xəbər verir ki, Rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, qayğı və problemləri ilə maraqlanıb.
Bəradər Səməndərli Zahir Məmmədov "Atributinfo.az"