Sizin reklam burada
Sizin reklam burada
  • Xırdalanı küçə itlərindən kim təmizləyəcəkdir?

    Xırdalanı küçə itlərindən  kim təmizləyəcəkdir? Adətən, bəzi heyvanların adı çəkilən də həmin ölkədə bu heyvanların daha çox yaşadığı şəhərlər və meşələr yada düşür. Misal üçün, fil deyəndə Hindistan yada düşür. Kenquri deyəndə Avstraliya yada düşür, Tayland deyəndə meymunlar yada düşür. Bizim respublikamızda da müxtəlif heyvanlar mövcuddur. Bu heyvanlar içində ev itləri daha çoxluq təşkil edir. Onlar küçələrdə sərbəst dolaşır, yem tapmaq üçün iaşə obyektlərinin ətrafında vurnuxur, hərdən də dərsə gedib-gələn şagirdləri qorxudurlar. Bu cür hallara ən çox Xırdalan şəhərində rast gəlmək olur. Şəhərin istənilən nöqtəsində onlar qrup halında dolaşır. Hətta Heydər parkında oturacaqların altında özləri üçün kölgənəcək, istirahət yeri seçiblər. Onu da qeyd edim ki, bu cür vəziyyətdən rayon rəhbərliyi məlumatlıdırlar.
    Bildiyiniz kimi, müvafiq qanuna əsasən həmin küçə itlərini öldürmək, güllələmək, zəhərləmək qadağandır. Yalnız bu işlə Balaxanıda yerləşən xüsusiləşdirilmiş idarə məşğul olur. Ona görə də Xırdalan şəhər idarə və qurumları bu işin öhdəsindən gəlməyə acizlik çəkir. Yalnız Balaxanıda yerləşən xüsusiləşdirilmiş bu idarəyə müraciət etməklə öz işlərini bitmiş hesab edirlər. Çünki başqa tədbirlərə əl atmağa onlara qanun icazə vermir. Yəqin ki, tezliklə müvafiq qurumlar öz vəzifə borcunu yerinə yetirəcək, uşaqlarımız məktəbə təhlükəsiz gedib-gələcək, yaşlılarımız isə parklarda qorxusuz istirahət edəcəklər.

    Qiyam ƏRŞADOĞLU
    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ