Sizin reklam burada
Sizin reklam burada
  • İyulun 3-ü Şəhid Xalid Nəciyevin doğum günüdür

    Xalid Nəciyev 1992-ci il iyulun 3-də Saatlı şəhərində anadan olub. 1998–2009-cu illərdə Saatlı şəhərində Səməd Vurğun adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009–2013-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) tarix-coğrafiya ixtisası üzrə ali təhsil alıb. 2017–2018-ci illərdə tarix və coğrafiya müəllimi olaraq çalışıb. 2017ci ildən etibarən Şəhid Xalid Nəciyev Saatlı və Sabirabad rayonları üzrə, ictimaiyyətlə əlaqələr şöbəsində çalışırdı.
    "Atributinfo.az" xəbər verir ki, Xalid müəllim torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə,5 noyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Allahdan rəhmət diləyirik.

    Zahir
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ