Sizin reklam burada
Sizin reklam burada
  • Lerikdə evləri qəzalı sakinlər çadıra köçürülüb

    Atributinfo.az xəbər verir ki, Lerikdə evləri qəzalı vəziyyətə düşən sakinlər çadırlara köçürülüb.
    Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.
    Bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.

    /atributinfo.az/


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ