Göygöl rayonunun Heydər Əliyev mərkəzində keçirilmiş növbəti təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlər və onlardan istifadəyə dair praktik məlumatlar verilib. Həmçinin vətəndaşlara e.sosial.az portalının geniş e-xidmətlər zərfi barədə maarifləndirici təqdimat edilib, onların sualları cavablandırılıb.
"Atributinfo.az" xəbər verir ki, bu tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur. Məqsəd regionlarda əhalinin rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılmasıdır. Təlimlərin ölkəmizin digər bölgələrində də təşkili nəzərdə tutulub.

Bəradər
"Atributinfo.az"