Sizin reklam burada
Sizin reklam burada
  • Şəhirdin anın günü mərasimi keçirildi

    Aprelin 29-u Sabunçu Gənclər evində Qazax rayonu, Daşsalalı şəhidi XTQ-nin əks kəşfiyyatçı leytenantı Mayis Rəhim oğlu Yaqubovun anım mərasimi keçirildi.
    "Atributinfo.az" xəbər verir ki, tədbirdə şəhidimizin atası hörmətli Rəhim Yaqubov, Sumqayıt şəhidlərindən şəhid Elmar Nəsibovun anası Sürəyya xanım, şəhidlər haqqında bir çox kitabların müəllifi şairə Esmira Günəş, Telli Senem Borçalı jurnalının təsisçisi və redaktoru şairə Telli Sənəm Borçalı, xeyriyyəçi Şükufə xanım Qarabağlı, şairə Qumru xanım, şairə Ramilə Haqqı, şair Firudin Behzad, şair Saday Qazaxlı, şairə Fatimə xanım şəhidin döyüş yoldaşları, qazilər, qohumları və yaxınları iştirak edirdi.Tədbiri gənc şair Elmar Sahib açıq elan etdikdən sonra söz hörmətli şair dostlara və tədbir iştirakçılarına verildi. Tədbir şeirlərin ahəngi və şəhidin videoçarxları ilə maraqlı keçdi. Sonda qonaqlar xatirə şəkilləri çəkdirərək məkandan uzaqlaşdılar.

    Esmira Günəş
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ