"Atributinfo.az" xəbər verir ki, iclasda Komissiya üzvləri və aidiyyəti nümayəndələr iştirak edib.
İclasda Sərəncamdan irəli gələn məsələlərin operativ həllinə nail olunması üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. İclasın yekununda torpaqlardan qanunsuz istifadənin qarşısını alması məqsədi ilə icra nümayəndələri, polis sahə müvəkkilləri, bələdiyyələr və yaradılmış monitorinq qruplarının vətəndaşlar arasında geniş maarifləndirmə və izahat işlərinin daha da gücləndirilməsi qərara alınıb.
Bəradər Səməndərli
"Atributinfo.az"
