Rayonlara səfər etdikcə yol kənarında müxtəlif mənzərələrlə qarşılaşırsan. "Atributinfo.az" xəbər verir ki, belə mənzərələrdən biri də İmişli rayonunda mövcuddur. Həmin yer rayonun Bəhrəmtəpə qəsəbəsi istiqamətində magistral yol kənarında "Azpetrol" YDM-lə üzbəüz mövcud olan qum təpəcikləridir. Maraqlananda, məlum oldu ki, həmin qum təpəcikləri Yolların Mühafizəsi İdarəsi yaradıb. Belə ki, normadan artıq yük götürən və yükü özüboşaldan yük maşınları normadan artıq qum yüklədiyinə görə həmin idarənin əməkdaşları artıq yükü yerə boşaldırırlar. Nəticədə həmin qum təpəcikləri yaranıb.
Qiyam Ərşadoğlu
"Atributinfo.az"
