Sizin reklam burada
Sizin reklam burada
  • Göygöl sakinin problemi yerindəcə ardan qaldırıldı

    Göygöl Rayonu İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Göygöl şəhəri A.Kazımov küç-si 35 saylı ünvanda yaşayan Qurbanov Zahid Məmmədəli oğlunu qəbul etmişdir.
    Görüş əsasında Z.Qurbanov yaşadığı evin həyətyanı sahəsinə qrunt sularının axdığını və evin himinə ziyan vurduğunu bildirmişdir. Elvin Paşayevin göstərişi ilə Göygöl şəhər İcra Nümayəndəliyi, Göygöl Mənzil kommunal təsərrüfatı istehsalatı birliyi və 7 nömrəli Regional Sukanal idarəsinin Göygöl Sukanal sahəsinin əməkdaşlarının birgə səyi nəticəsində evin həyətyanı sahəsinə 90 metr uzunluğunda, diametri 156 sm olan boru qoyulmuş və problem qısa zamanda həll edilmişdir.

    Bəradər Xanəliyev,
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ