Mürtəza Bünyadlı
siyasi şərhçi
Zaman-zaman Ankara-Bakı münasibətlərində fikir ayrılıqları və gərginliklər olub. Ümid edirəm ki, Azərbaycan Türkiyə münasinətlərində yaranmış bu gərginlik də tezliklə aradan qalxacaq. Dövlət ağlı və zəkası qalib gələcək. İlk növbədə AKP rəhbərliyi başda Prezident Ərdoğan olmaqla Türkiyədə Azərbaycan və Prezident İlham Əliyevə qarşı həyata keçirilən çirkin kampaniyanın dayandırılnası istiqamətində təcili təxirəsalınmaz tədbirlərə əl atacaq və atmalıdır da...
Bu gün qlobal və regional proseslərin sürətlə inkişaf edib dəyişdiyi bir zamanda Azərbaycan və Türkiyənin bir-birinə daha çox ehtiyacı var. Gedən proseslər bizi daha təmkinli, həssas olmağa vadar edir. Əks halda bundan qazanan ancaq düşmənlər, türk və Azərbaycan Türkiyə birliyini istəməyənlər olacaq. Ona görə də düşmənlər bu qardaşlığı, birliyi, dostluğu istəməyənlər hər vəchlə gərginliyin dərinləşməsinə, onun geriyə dönməz xarakter halının alınmasına çalışırlar.
Düşmənlərə fürsət verməməliyik. Həm də onların kənardan baxıb sevinməsinə.
