"Dünən Dövlət Müstəqilliyinin Bərpası tarixinə bir gün qalmış Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu həmkarlar təşkilatının yaxından dəstəyi və mənim təşəbbüsümlə bir qrup həmkarlarımızla Suqovuşanda və Ağdərədə olduq."
Bunu "atributinfo .az"a açıqlamasında sözügedən institutun direktoru, professor İbrahim Cəfərov deyib. O, əlavə edib ki, hər yerdə cənab Ali Baş Komandanın və Azərbaycan Ordusunun izləri görünür, qan töküb, şəhid verib bu torpaqları geri almışıq, ölkənin suverenliyi bərpa olunub:
"Allah cəmi şəhidlərimizə rəhmət, qazilərimizə, veteranlarımıza can sağlığı versin. O torpaqlarda qürurla və başı dik gəzirdik, ona görə ki, elimizə, obamıza qovuşmuşduq. Allah cənab Prezidenti və Azərbaycanı qorusun! Bundan sonra da hamı bilməlidir ki, Dəmir Yumruq yerindədir!"- İbrahim Cəfərov deyib.
Bəradər
"Atributinfo.az"
