Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib


    Oktyabrın 18-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Qırğız Respublikasına səfərə gəlib.

    Bişkek şəhərinin Manas beynəlxalq hava limanında spiker Sahibə Qafarovanı və nümayəndə heyətini  Qırğızıstan Joqorku Keneşinin (parlament) sədr müavini Jıldız Taalaybek qızı, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, TÜRKPA-nın Baş katibi Ramil Həsən  və digər rəsmi şəxslər  qarşılayıblar.

    Səfər çərçivəsində Milli Məclisin sədri bir sıra görüşlər keçirəcək,  TÜRKPA-nın 15-ci plenar iclasında iştirak edəcəkdir.


    Milli Məclisin Mətbuat və

    ictimaiyyətlə əlaqələr şöbəsi




    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ