Bu ilin yanvar-sentyabr aylarında ölkədən 17 milyard 994,1 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz azdır.
Dövlət Gömrük Komitəsinin məlumatına istinadən xəbər verilir ki, ixrac edilən təbii qazın dəyəri 3,7 faiz azalaraq 6 milyard 448,7 milyon dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan 6 milyard 698,6 milyon dollar dəyərində yəni, 18 milyard 527,8 milyon kubmetr təbii qaz ixrac edilib.
