7 km tarixi Göyçay döyüşünün olduğu Qaraməryəm kəndindən cənubda,Müsüslü dəmiryol stansiyasından şimalda 13 km məsafədə,Yuxarı Şirvan kanalının Sağ cənub sahilində,qismən şimal sahilində yerləşən son zaman abadlıq işləri ilə gündəmə gələn İnçə kəndi.Bu kəndin tarixindən danışmağa çox söz var.
1-ci Dünya müharibəsindən qabaq kənd bir balaca qərb hissədə Dəvəbatan çayının mənsəbinin sağ sahilinə yaxın yerdə Köbər deyilən ərazilərdə olub.Çarın Qafqazda ruslaşma siyasətindən malakanlara pay düşmüşdü.Onlara Poçt yolu çəkilir daha sonralar teleqram,poçt,su,qaz,internet xətləri paralel çəkiləcəkdi.
əhali bu yolun sağ və sol hissələrində məskunlaşır.Amma 2-ci Dünya müharibəsi başlayır...
Müharibə dönəmi aclıq,səfalət içində yaşayanlar güclə yaşayır.Digərləri başların götürüb başqa yerlərə gedirlər.450 nəfərin həyatına son qoyur.
Müharibə bitir gedənlər yarıbayarı az qayıda bilir.Sovetlərin islahat paylarından qismətlərinə nəsə düşür.Əvvəlcə salxoz,kolxoz kimi sosialist quruluşuna xidmət edən qurumlar yaranır.Müharibədən əvvəl sonra məktəb var idi.Dar və şəraitsiz 6 sinifdən ibarət bir şkola idi.1966 cı ilə qədər dözməli olur camaat.1972-ci ildə ölkənin yeganə rəhbəri olur Heydər Əliyev 12 sentyabrda kəndə təşrif buyurub.Ondan nə əvvəl nə də sonra bir dənə olsun yüksək rütbəli yoldaş katib gəlməyib.Rəhbər Heydər Əliyev özü ilə həyat gətirir (Allah rəhmət eləsin).Kənddə xəstəxana tikilməyə başlayır.İşıq xətti çəkilir.Telefon xətti çəkilir.İçməli su xətti çəkilir.Yuxarı Şirvan kanalından ayrıca su kub sm diametrlik suvarılmalı xətt verilir kəndə.Əkin biçin sahələrinə gediş gəlişi asanlaşdırmaq üçün yolları qrabillənir.Göyçay peşə məktəbinin İnçə filialı təşkil edilir.Nar sortlarının yetişdirilməsi üçün sınaq otağı yaradılmaq təşəbüsü verilir sonra o təşəbbüs Göyçay şəhərində reallaşdırılır.Neçə şagird xaricə oxumağa göndərilir.Beləcə həyat davam edir.
Müstəqillik dönəmi və 1 Qarabağ müharibəsi başlayır və...
Rəhman Babayev kəndin ilk Şəhidi olur Qarabağda və müstəqillik illərində.Kənd onbir Şəhidini göz yaşları ilə son mənzilə yola salacaq...
Vətən müharibəsinə qədər sakit axarla davam edəcək.27 sentyabr 2020...
Azərbaycan İrəli əmri ilə oyanır səhəri.Qarğı-qamışla oynayan uşaqlar indi sinələrində quran,döşlərində bayraq.Əsir düşsə başına sıxacaq güllə ilə qırx İnçəli balası səfərbər olur.Say müharibənin sonunda bilinəcək.Amma heçnə bilinmir.Qaranlıqda olan qapı kimi...
Qurbanlar deyilir,qazanlar asılır.Nəhayət o gün gəlir....və bu gün olur.
Təbii ki qazisiz,veteransız olmaz İnçə.90 cı illərdən Şəhidləri ilə bərabər qəlpələri özlərində gəzdirən veteran və qazilərimiz var...
İnçə Oğulları ideyası meydana gəlir.Bu görülən bütün İnçəli balalarının alın təri ilə qazandıqları ruzilərinin hesabına baş tutub.Əməyi olan bütün camaat bir nəfər kimi birləşib abadlıq quruculuq işlərində tam iştirak edir.Bircə İnçəyə nə yararşar.Qəsəbə adını daşımaq.Bütün sosial problemlər öz həllini tapacaq.Söz arası baxaq görən nəyi var,nəyi yoox?
Kənd Şəhidlərinin əziz xatirəsinə əbədləşdirilən Zəfər abidəsi qarşısında dalğalanan qardaş bayraqlar.
İnçə və Şirvan adlı şadlıq sarayı,Rəqabətə davamlı Şəfəq hazırlıq kursu,Aptek,kənd arası abad və şebenli küçələri,Müsüslü-Qaraməryəm yolunun kəndin içindən keçən hissəsinin işıqlandırılması,qəbirstanlı yolunun mərkəzi hissəni birləşdirən məsafənin işıqlandırılması,xəstəxana binası,məktəb binası,bağça binası,məscid,folklor evi,bələdiyyə binası,poçt binası,icra nümayəndəliyinin inzibati binası,kəndin cənubunda 800 metrə yaxın meyvə bağının salınması və qorunması,uşaq musiqi məktəb dərnəyi,İnçə uşaq idman sahəsi,müasir tipli marketlər şəbəkəsinin Al market şəbəkəsinin filialı,iki stadion,ərazi üzrə 1998-ci ildən faliyyət göstərən yanacaq doldurma məntəqəsi,Yuxarı Şirvan kanalı suvarma idarəsinin İnçə filialı,14 mağaza,3 kişi salonu,iki tikinti materialları -1001 xırdavat mağazası,beş iaşə obyekti.Dən üyütmə məntəqəsi,sənayeləşən kənddə nar şirələrini emal edən zavod sonra faliyyətini dayandırdı.Siyahını artırıb yormaq istəmirəm sizi.
Qardaş Türkiyə Respublikasında baş verən zəlzələdən zərər çəkmiş əhaliyə maddi yardım üçün ümumilikdə iyirmi kimin manat civarında pul yığılıb məlum səfirliyin təqdim edildiyi hesaba köçürülmüşdür.
Planlaşdırılan işlər.Xeyir-şər məclisi üçün inşa olunan bina.Şahmat kursunun təşkili,gələcəkdə dövlət tərəfindən inzibati məktəb binasının inşa olunması kənd camaatını sevindirilməsi.İçməli su xətlərinin təmiri,yolların abadlaşdırılması,kənd arası yolların işıqlandırılması,bağ və yaşıllıq işlərinin görülməsi,Şəhidlər parkının inşaası.
Bölgənin inkişafını sürətləndirəcək təkliflər
-Qaraməryəm-Müsüslü yolunun yenidən qurulması dövlət proqramı və icrası.
-Dövlətin dəstək mexaniziminin tərkibi olaraq kəndə Qəsəbə adının verilməsi.
-Yuxarı Şirvan kanalının kənd ərazisindən keçən hissəsinin betonlaşdırılması,qurunt sularının ərazidən uzaqlaşdırılması.
-Kənd ərazisi üzrə kanalizasiya xəttinin çəkilişi.
-Yeni 2 nömrəli məktəbin inşaası.
-Şahmat məktəbinin inşaası.
-Xəstəxana binasının yenidən qurulması yataq otaqlanın sayının artırılması.
-Eletirik xəttlərinin yenidən qurulması,mini yarımstansiyanın inşaası.
Qardaş Türkiyə Respublikasında baş verən zəlzələdən zərər çəkmiş əhaliyə maddi yardım üçün ümumilikdə iyirmi kimin manat civarında pul yığılıb məlum səfirliyin təqdim edildiyi hesaba köçürülmüşdür.
Abadlaşan kənd,zəhmətkeş camaatı var.Hamının son günman yeri,qürbətdəkilərin güvən yeri İnçə
Ən böyük neyməti birliyi qoruyub,yaşadan ağsaqqaları və onları eşidən oğul uşaq nəvələr..
Bu yazını oxuyub istənilən İnçəlidən soruşsanız ki,yazını kim yazıb o məni nişan verəcək—İnçəli balası..
Unutma həmişə bizim kənddən Bakıya maşın olub gəl,gəz,ziyarət et,qonaq ol qayıt.
Qeyd 1.Məqalə Regionların İnkişafı Dövlət proqramına dəstək üçün yazılmışdır.
Qeyd 2.Məqalə Bədii və təkliflər olmaqla iki hissədən ibarətdir.
Qeyd 3.Məqalənin müəlliflik hüququ Aslan Əsədov Məhəmməd kimi tanınır.
