Sizin reklam burada
Sizin reklam burada
  • Göygöldə şəhid ailəsi ziyarət edilib

    Bu gün- 08.03.2023- cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidi Nurlan Zeynalovun ailəsi ziyarət edildi.
    "Atributinfo.az" xəbər verir ki, Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin pedaqoji kollektivinin üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidi Zeynalov Nurlan Vasib oğlunun ailəsini ziyarət edilib.
    Ziyarət zamanı Şəhid Nurlan Zeynalovun şərəfli ömür yoluna nəzər salınıb. Şəhid Zeynalov Nurlan Vasib oğlu 1998-ci il dekabrın 4-də Goranboy rayonunun Todan kəndində anadan olmuşdur. 2005-ci ildə Göygöl rayon Quşçu kənd tam orta məktəbin 1-ci sinfinə qəbul edilmişdir. 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
    2017-ci ilin yanvar ayından 2018-ci ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
    27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Nurlan Zeynalov 2 oktyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
    Şəhidimizin atası Vasib Zeynalov bildirdi ki, şəhid ailələri daima Cənab Prezidentin və Birinci vitse-prezidentin diqqət mərkəzindədir. Bunun üçün göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımı bildirirəm.
    Vətən uğrunda qəhrəmancasına şəhid olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Bəradər Səməndərli
    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ