Sizin reklam burada
Sizin reklam burada
  • Göygöldə Şəhidailəsi ziyarət edildi

    06.03.2023- cü il tarixdə 44 günlük Vətən Müharibəsi şəhidi Maqsud Məmmədovun ailəsi ziyarət edildi.
    "Atributinfo.az" xəbər verir ki, Göygöl rayon Üçtəpə kənd tam orta məktəbin pedaqoji kollektivinin üzvləri ilə birlikdə 44 günlük Vətən müharibəsi şəhidi Məmmədov Maqsud Vüqar oğlunun ailəsini ziyarət edik.
    Məlumat üçün bildirək ki, Maqsud Məmmədov 2009-cu ilin yanvar ayından 2010-cu ilin iyul ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2012-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.
    27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak edən Maqsud Məmmədov 8 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuş və 9 oktyabr 2020-ci il tarixdə Göygöl Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
    Şəhidimizin anası Məhəbbət Məmnədova ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

    Zahir Məmmədov
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ