Cəmi 7 yaşın var, hələ hərfləri öyənib qurtarmamısan, lakin 7.62 mm-lik mərminin bədənində yaratdığı ağrını, ağzından gələn isti qanı hiss edirsən. Günahın yoxdur, cinayətkar deyilsən, sadəcə məhəllədə oynadığın zaman mərmiyə tuş gəlib ölürsən.
Hamiləsən, doğulacaq olan övladına ad fikirləşirsən, eyni zamanda uşağın üçün beşik almaq üçün kənara qəpik-qəpik pul yığırsan. Lakin, bulağa su gətirməyə gedən zaman 5,45 mm-lik mərmi səni və doğulmamış övladını öldürür.
Artıq yaşlanmısan, illərlə təqaüdündən kəsərək, kənara qoyduğun pulları övladların arasında bölüşdürmək istəyirsən. Lakin, qeybdən gələn güllə övladlarını və səni öldürür.
Yuxarıda yazılan qısa, həmdə çox qısa cümlələr Qaradağlı faciəsi zamanı kənd camaatının başına gələnlərdir. Hamısının sabah üçün, gələcək üçün planları var idi. Lakin, yarımçıq qaldı. Niyə ?
-Çünki, hal-hazırda beynəlxalq arenada sülh quşu kimi qələmə verilən, qəddar, döyüş mədəniyyəti olmayan, daima digər dövlətlərin təsirində qalan şərəf yoxsunu Erməni kimi qonşuları var idi.
Qaradağlı faciəsindən 31 il ötür. Günahsız, səbəbsiz, məzlum camaatın ölümündən cəmi 31 il ötür. Əsrlər keçsədə bu faciə Azərbaycan xaqlının yaddaşından silinməyəcək !.
(Qısa və konkret yazmaq istədim, çünki hər cümlə böyük bir hekayənin başlanğıcıdır)
Eksklüziv olaraq "Atributinfo.az" üçün
Ziya Əkbər
Xocavənd rayonu
