"Atributinfo.az" "Bizim.media"-ya istinadən bildirir ki, zəlzələnin baş verdiyi bölgələrdən biri olan Hatayda uzun sürən axtarışlardan sonra 10 günlük körpəni xilas etmək mümkün olub.
Qeyd edək ki, körpədən öncə anası xilas olunub. Xilas olunan ana övladının dağıntılar altında qaldığını bildirdikdən sonra körpənin axtarışlarına başlanılıb. Və 10 günlük körpə axtarışların nəticəsində xilas olunub.
Zahir Məmmədov
"Atributinfo.az"
