Sizin reklam burada
Sizin reklam burada
  • Biz rahat gəzə bilək deyə bir qolunu, iki gözünü itirən mayor

    Mayor Heydərov Süleyman Ağdamda minaya düşən FHN Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşıdır. Bir qolunu, hər iki gözünü itirib. Süleyman minaya düşəndə və müalicə ediləndə bilirdim və daima məlumat alırdım. Yaxınlarda baş çəkəcəkdim, elə Uca Allah qarşıma çıxardı.
    Müalicəsi üçün bütün addımlar atılıb və Fövqəladə Hallar Nazirliyindən və nazir Kəmaləddin Heydərovdan çox razıdır. Deyir ki, nə mümkün idi, hər şeyi etdilər. Hətta, Türkiyədə gözlərinin birində bir əməliyyat edilib və nəsə qoyulub. Tibb irəlilədikcə, mümkün olacaq ki, gözünün işığını qaytara bilsinlər.
    Deyir ki, məni və ailəmi qəbul etdi cənab nazir. Deyir məni qucaqladı və "qəhramanım" dedi. Həqiqətən çox sevindim və gözlərim yaşardı. Bizim igidlərimizə və qəhrəmanlarımıza belə münasibət lazımdır.
    Bir xatirəni də bölüşüm. Minaya düşəndən bir neçə gün sonra Süleymana baş çəkməyə gəlirlər və o biləndə ki, komandirləri gəlib, qalxmaq istəyib və hərbi salam verib. Komandirlər bunu mənə danışanda çox pis olmuşdum. Elə onlar da o qədər təsirlənmişdilər ki, kövrəlmədən danışa bilmirdilər.
    Süleyman Prezident sərnacamı ilə "igidliyə görə" medalı ilə təltif edilib.

    Razi Nurullayev
    Milli Cəbhə Partiyası -MCP sədri, Milli Məclisin deputatı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ