Bu il proqram üzrə 1800-dən çox işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Proqramda iştirak üçün müraciət edən 213 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 404 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanmaqla, 3400-dək işsiz şəxsə iş yerlərinə göndəriş verilib.
