Sizin reklam burada
Sizin reklam burada
  • Saatlının tarix yazan tarix müəllimi Xalid Nəciyev

    Bu gün sinəsini əsgərlərinə sipər edən şəhid leytenant Nəciyev Xalid Qabil oğlunun ikinci il dönümü münasibətilə Saatlı rayonunda anım tədbiri keçirilmişdir. Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırovun, hüquq mühafizə orqanları rəhbərlərinin, şəhid və qazi ailələri üzvlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidimiz Nəciyev Xalid Qalib oğlunun məzarı ziyarət olunmuşdur. Şəhidimizin məzarı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub.
    RİH-nin başçısı, və mərasim iştirakçıları daha sonra şəhidimizin yaşadığı evə gedərək ailəsi ilə görüşüb, qayğıları ilə maraqlanıblar.
    Anım mərasimində çıxış edən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov 44 günlük Vətən müharibəsinin başlama səbəbləri və gedişi barədə məlumat vermiş, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun müharibədə möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını diqqətə çatdırmışdır.
    Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də qəhrəman müəllim Xalid Nəciyevdir. Saatlı Rayon Təhsil Şöbəsinin məsləhətçisi, həm də Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xalid Nəciyev Laçın rayonu Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə komandiri olduğu tağımı xilas edərək qəhrəmancasına şəhid olub. Xalid özü öz hörmətini qazanan oğullardan idi. Kənarda etdiyi fədakarlığı heç vaxt bildirməzmiş. Haqqında danışılanları eşidəndən sonra onun istedadına heyran qalmamaq mümkün deyil. Sizə minnətdarıq! Övladınızın ruhu qarşısında baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır. Şəhid ailələri bizim baş tacımızdır. Bu sözləri rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov şəhid məzarını ziyarət edərkən bildirib. Sonda bir daha vurğulanıb ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq. Qeyd edilib ki, Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı və qələbəmizi göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyduqlarını bildirən rayon rəhbərliyi onlara Allahdan rəhmət, ailələrinə səbir diləyiblər.
    Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
    Saatlı Rayon Təhsil Şöbəsinin məsləhətçisi, həm də Təhsil Nazirliyinin Saatlı və Sabirabad rayonları üzrə ictimaiyyətlə əlaqələrə məsul əməkdaşı Xalid Nəciyev Laçın rayonu Səfiyan kəndi istiqamətində gedən döyüşlərdə komandiri olduğu tağımı xilas edərək qəhrəmancasına şəhid olub.
    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
    Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
    Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Nəciyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
    Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
    Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

    Zahir Məmmədov

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ