Saatlı rayon Gənclər və İdman İdarəsinin rəisi və əməkdaşları Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsində döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Sarıyev Xəzrinin əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə rayonun Orta Muğan kəndində inşa olmuş "Şəhid Bulağı"nın açılış mərasimində iştirak ediblər. Daha sonra Şəhidimizin məzarını ziyarət edib, anım mərasimində şəhidin ailə üzvləri ilə görüşüblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Zahir Məmmədov
