
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, xüsusilə də hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən nəzarət tədbirləri zamanı kobud qayda pozuntularına yol verən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər aşkarlanıb. Yol hərəkəti qaydalarını pozan həmin şəxslərin hər birinə yol verdikləri qayda pozuntusu ilə bağlı məlumat verilib və ümumilikdə 23 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.