44 günlük Vətən müharibəsində Azərbaycan polisinin əməkdaşları da torpaqlarımızın işğaldan azad olunmasında və milli kimliyimizin qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunəsi göstərdilər. Ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində əldə olunmuş nailiyyətlər və vətəndaşların təhlükəsiz şəraitdə yaşamasının təmin olunması, ictimai asayişin qorunması, sabitliyin təmin edilməsi də polis işçilərinin gərgin iş rejiminin nəticəsidir. Peşə bayramı münasibətilə bütün polis işçilərini səmimi qəlbdən təbrik edir, xalqımız və dövlətimiz naminə fəaliyyətlərində uğurlar arzu edirəm. Ülvi Quliyev Milli Məclisin deputatı