Sizin reklam burada
Sizin reklam burada
  • Allah məhbusların qapısını açsın

    Allah məhbusların qapısını açsın Razi Nurullayev
    Milli Məclisin deputatı

    Elməddin Qızılkənd sakinidir. Həbsdə idi. Xeyli mərhələ keçməli olduq və sonunda Elməddin dörd balasına və həyat yoldaşına qovuşdu. Bu yol çətin oldu, amma gərək davamlı mübarizə aparasan. Çalışanda nəticə olur. Amma, elə cinayətlər var ki, orada nəticə mümkün deyil. Bu məsələlər Cənab Prezidentin müstəsna əvf hüququdur və ən azı ildə bir və ya iki dəfə yüzlərlə məhbusa sevinc bəxş edir.
    Elməddinin həyat yoldaşı Kifayət xanım gecə-gündüz dayanmadı və məni də bir anlıq sakit buraxmadı. Amma, gərək hüquqi mərhələlər keçilsin. Elməddin həm də azadlığını həyat yoldaşına borcludur.
    Şirvan Apelyasiya Məhkəməsinin sədri Vəli Abdullayevə qanunvericilyin verdiyi imkanlar çərçivəsində göstərdiyi humanistliyə görə təşəkkürümü bildirirəm.
    Hakim İlkin Abdullayevə təşəkkür edirəm. Bir ailə sevindi. Qoy bütün ailələr də sevinsin. Mən də o gül balaları ata və anası ilə gülərüz görüb xöşbəxt oldum. Bütün gözü yolda qalanlar sevinsin!
    Allah məhbusların qapısını açsın.
    Allah məhbusların qapısını açsınAllah məhbusların qapısını açsın

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ