Sizin reklam burada
Sizin reklam burada

Əlavə şərhə ehtiyac yoxdu

Əlavə şərhə ehtiyac yoxduİmişli rayonu, Rəsullu kəndi, 1969-cu təvəllüdlü Kərimov Nifti Malik oğlunu parlamentdə qəbul edib dinlədim. 2018-ci ildə Məşğulluğa müraciət edib, bu il 3 ay öncə iş üçün ərizə yazıb, Belə adamlar yüzlərlədir. Həyat yoldaşı işləmir, evdar qadındır, özü üçüncü qrup əlildir və deyir ki, aldığı 120 manat gözlərinin müalicəsinə yetmir. Qızı da ailə problemləri ucbatından atasının yanına dönüb.
Bu insanın geyiminə, vizual görünüşünə baxanda hansı çətinliklər içində yaşadığı görünür. Əlavə şərhə ehtiyac yoxdur.
Bu insanları işlə təmin etmək üçün iş yerləri olmalıdır. O da yoxdur, bir-iki yer üçün də yüzlərlə insan gözü baxır. Bəs nə edək?
İki məsələ deyəcəm. Birincisi, Məşğulluq xidmətinin fəaliyyətində ciddi problemlər var. Ola bilsin ki, problemlər onlardan asılı olmayan məsələlərdən qaynaqlanır. Bu məsələnin müzakirəsini aparmaq lazımdır, nə qədər nəticəsizlik olar axı? Dövlət Məşğulluq Agentliyinin rəhbər heyəti ilə gözəl münasibətlərimiz var və onların dürüstlüyünə heç bir şübhəm də yoxdur. Sadəcə, hər şey şəffaflıq, dürüstlük, qanunpərəstlik, kağız-kuğuzla da olmur, bunlar təbii ki, vacib meyarlardan biridir, amma gözlə görünə bilən nəticələr olmayanda, qiymətləndirmək çətindir.
İkincisi, kütləvi iş yerlərinin yaranması üçün dövlət birmənalı bizneslə məşğul olmaqdan kənarda dayanıb, yalnız və yalnız tənzimləyici, nizamlayıcı və nəzarətçi rolunda olmalıdır. Bunun üçün gərək rəsmi və qeyri-rəsmi qadağalar aradan götürülsün.
Niyə Azərbaycanda rəsmi milyoner və milyarderlər yoxdur? Onlarla var, amma gizlənir, çünki, qorxur. Biz bu yolu açmalıyıq, ancaq və ancaq ölkəyə qaytarılan və sərmayə şəklində yatırılan vəsaitlər üçün maliyyə amnistiyası qəbul etməliyik ki, kütləvi iş yerləri yaransın. Bunun üçün ən yaxşı zamandır, onsuz da xaricdə də pul saxlamaq artıq təhlükəlidir, bir gün tutub ya əlindən alacaqlar, ya da sanksiya qoyub donduracaqlar.

Razi Nurullayev millət vəkili

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ