Milli Məclisin deputatı
Əziz həmvətənlər! Dünya azərbaycanlıları, Türk dünyası və müsəlmanlar!
Sizi Müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Uca Allahdan oruclarınızın, namazlarınızın, dualarınızın, fitrə-zəkatlarınızın qəbul olunmasını arzulayıram.
Özünü İslam dünyasının bir parçası hesab edən hər bir müsəlmanın qəlbində on bir ayın Sultanı, Ramazanın özünəməxsus yeri var. İslam mədəniyyətinə, əxlaq normalarına əsaslanaraq, imkanı daxilində insanlara yardım etməyi gündəlik həyat tərzinə çevirmiş hər bir şəxs Allah dərgahında qiymətləndirilməklə bərabər, cəmiyyətin mənəvi saflaşmasına xidmət etmiş olur. Ramazan fəlsəfəsi insanlar arasında humanizm, xeyirxahlıq, nəfsinə sahib çıxmaq, başqalarının haqqına girməmək kimi ülvi dəyərləri aşılayır. İnsanları doğru-dürüst olmağa, kamilliyə aparır. Nəticədə, cəmiyyət mənəvi cəhətdən bütövləşir.
Əziz dostlar!
Artıq ikinci ildir ki, milyonlarla azərbaycanlıların duaları, arzuları Allah tərəfindən qəbul olunmuşdur. Mədəniyyət paytaxtımız Şuşada üçrəngli bayrağımız dalğalanır, milli və dini bayramlarımız qeyd olunur, salamat qalmış məscidlərdə Bayram namazı qılınır. Şəhidlərin ruhuna dualar oxunur. Bu tarixi prosesləri, hissləri yaşamaq, olduqca qürurvericidir.
Bir daha hər birinizi təbrik edir, möhkəm can sağlığı, ruzi-bərəkət, əmin-amanlıq arzulayıram.
